- Saytda yalnız ev, tikinti və təmir mövzusuna aid elanlar yerləşdirilir: tikinti materialları, santexnika, istilik, mebel, məişət texnikası, ev əşyaları, alətlər və s.
- Şəkillər real olmalı və məhsulun özünə aid olmalıdır. Qiymət və ölçü vahidi düzgün göstərilməlidir.
- Eyni məhsul üçün təkrar elan yerləşdirmək olmaz.
- Qanunla satışı qadağan olunan məhsulların elanı silinir.
- Usta profilində yalnız real göstərdiyiniz xidmətlər və öz iş nümunələriniz olmalıdır.
- Təmir sorğusunda yazdığınız əlaqə nömrəsi yalnız həmin xidmət üzrə uyğun ustalara göstərilir.
- evintikilsin.az alıcı ilə satıcı, sifarişçi ilə usta arasında ödənişə vasitəçilik etmir və pul saxlamır. Malı yerində yoxlayın, işin şərtlərini usta ilə əvvəlcədən razılaşdırın.
- Qaydaları pozan elanlar, profillər və hesablar xəbərdarlıqsız silinə bilər.