Əsas Səhifə \ DÖŞƏMƏ \ Laminatlar \ Laminat AGT, seriya "Natura line" class-32, rəng "Volga" ( Türkiyə)
Kütləvi Onlayn Ödəniş Mərkəzi

Laminat AGT, seriya "Natura line" class-32, rəng "Volga" ( Türkiyə)

Əlavə olundu
Malın Kodu: PRK503-AGT
Qiymət:
15.00 man.
Ədəd:
Zəmanət::
15 il
banner-daxili-11
Mal bu bölümə daxildir: Laminatlar

AGT (Ahşabı Geliştiren Teknoloji)- 1984-cü ildə Türkiyə- Antaliyada işə başlamış və bu gün dünyada mebel komponentləri sektorunun aparıcı şirkətlərindən biri kimi fəaliyyət göstərir. AGT, "Antaliya Organize Sanayi Bölgesi'nde, 400.000 m2 bir modern zavodda; MDF, MDF-laminat, panel, mebel və dekorasiya sektorlarına profil, döşəmə və süpürgəlik istehsalı ilə tikinti sektoruna xidmət etməkdədir. Dünyanın 5 qitəsində, 60-dan çox ölkəsində rəsmi satış nümayəndəliyi mövcuddur. 

Natura line seriyasına daxil olan məhsullar AC4 standartına cavab verməklə 32ci sinifə (class) daxildir. Yəni evlər üçün yüksək, ofis və s. kimi yerlər üçün orta sinif sayılır. MDF tərkibi parafinli olduğundan nəmliyə qarşı dözümlüdür. Eyni zamanda yüksək texnologiya ilə üst cilalama çızılmadan qoruyur. Bu sinifin daha bir özəlliyi ondan ibarətdir ki, məhsullar dərzlidir (faskalı), buda öz növbəsində evə xüsusi bir gözəllik bəxş edir. Zavod, düzgün istifadə zamanı 15 ildən çox zəmanət verir. Ətraflı məlumat üçün AGT-nin rəsmi səhifəsi link

Xüsusiyyətləri:
Qalınlığı: 8 mm; 
Uzunluq və en: 1200x191 mm;
İstifadə sinifi: 32;
Kilid sistemi (zamok): Twin Clic;
Dərz : V4 ( hər bir yandan dərzli); 
Nəmədavamlılıq: "Aquastop".

Qeyd: Qiymət 1 m2 üçün göstərilmişdir.

    AGT Laminat haqqında video: