Metak kompozit plastik boru, 25 PN, 63 mm (Azərbaycan)

Əlavə olundu
Malın Kodu: metak-fiber63
Qiymət:
8.00 man.
Ədəd:
Zəmanət::
uzun ömürlü
banner-daxili-11
Mal bu bölümə daxildir: Kompozit Plastik Boru

1997-ci ildə təsis olunmuş METAK şirkəti 2005 ildən etibarən plastik borular və fitinqlərin istehsalına başlamışdır və artıq Azərbaycanda plastik boruların aparıcı istehsalçısına çevrilmişdir. Bazarda ilk gündən nüfuz qazanan plastik məhsullar ən müasir standartlara uyğun olaraq istehsal olunur. Ən əsası isə odur ki, METAK xalis Azərbaycan brendi olaraq bir çox MDB ölkələrinin tikinti materialları bazarlarında uğurla iştirak etməkdədir. İçməli su, isitmə və kanalizasiya xəttində istifadə oluna biləcək hər növ boru və fitinqlər istehsal edir. PPRC borular DIN 8077/8078, EN ISO15874, ГОСТ52154 və TŞAZ3033285-07-2011 standartlarına uyğun istehsal olunur. Plastik məhsulların keyfiyyəti İSO 9001- standartlarının tələblərinə uyğun olaraq yoxlanılır. Məhsullar AZS, QOST sertifikatlarına layiq görülmüşdür.

Metak Kompozit borular binadaxili isti və soyuq su təchizatında istifadə edilən təzyiqli sistemlər üçün nəzərdə tutulub. Bu üçqatlı boruların xarici və daxili materialı PPRC-dən (Polypropylene Random Copolymer) ibarətdir, orta qat isə şüşə lifli PPRC-dən ibarətdir. Boruların orta qatında da xüsusi şüşə lifli PPRC, onların xətti genişlənmə əmsalını aşağı salır və boruları yüksək temperaturdan əyrilib deformasiya olunmaqdan qoruyur. 20°C temperaturda və PN 25 bar ilə istifadə etdikdə şüşə lifli boruların istismar müddəti 50 ilə bərabərdir. İsitmə və soyutma sistemlərində kompozit borular genişlənmmir və kondensat əmələ gətirmir. Bu borular korroziyaya uğramır və ərp bağlamır. Şüşə lifli borular ekoloji təmizdir, onlarda suyun fiziki və kimyəvi xassələri dəyişmir, onların qaynağı və quraşdırılması daha asan və qənaətlidir.
Boruları qeyd olunmuş temperatur intervalında istifadə etmək olar: -10°C-dən +90°C-yədək.

Əsas üstünlükləri

  • Xətti genişlənmə nisbəti  75% adi plastik borulardan azdır;
  • Alüminium folqalı boruda olduğu kimi təmizləmə prossesinə ehtiyac yoxdur;
  • Xətti genişlənmə az olduğuna görə bərkitmələr arasındakı məsafə uzun olur, bu da montaj müddətinin və maliyyətin azalması deməkdir;
  • Sistemin uzunömürlülüyünü təmin edir;
  • Alüminium borulara nisbətdə istiliyi xaricə az buraxır;
  • İsti və soyuq su üçün nəzərdə tutulmuşdur;
  • Divar qalınlığı 10.5 mm.

Borular bütün standartlara uyğun istehsal olunur və satışdan əvvəl qısa vaxt intervalıyla 60ATM təzyiq altında sınaqdan çıxarılır.