Alçipan 12,5 mm, Ağ rəng (Gilan-Knauf- Azərbaycan)
KNAUF– adi gipskarton lövhə (GKL) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir. KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK). Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm möhkəmləndirici karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün tamamilə uyğun gəlir.
KNAUF-gipskarton lövhələr (GKL) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.
Hər bir KNAUF-gipskarton lövhənin (GKL) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:
- Lövhənin növünün hərflə işarəsi
- Lövhənin qrup göstəricisi
- Lövhənin uzununa kənarının (haşiyə) tipi
- Lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
- Standartın işarəsi
- Ölçülər: 2500x1200x12.5 mm