banner-ust-111

Metak sadə plastik boru, 20 PN, 32 mm (Azərbaycan)

Əlavə olundu
Malın Kodu: metak-ppr-sadə32
Qiymət:
1.80 man.
Ədəd:
Zəmanət::
uzun ömürlü
banner-daxili-11
Mal bu bölümə daxildir: Sadə Plastik Boru

1997-ci ildə təsis olunmuş METAK şirkəti 2005 ildən etibarən plastik borular və fitinqlərin istehsalına başlamışdır və artıq Azərbaycanda plastik boruların aparıcı istehsalçısına çevrilmişdir. Bazarda ilk gündən nüfuz qazanan plastik məhsullar ən müasir standartlara uyğun olaraq istehsal olunur. Ən əsası isə odur ki, METAK xalis Azərbaycan brendi olaraq bir çox MDB ölkələrinin tikinti materialları bazarlarında uğurla iştirak etməkdədir. İçməli su, isitmə və kanalizasiya xəttində istifadə oluna biləcək hər növ boru və fitinqlər istehsal edir. PPRC borular DIN 8077/8078, EN ISO15874, ГОСТ52154 və TŞAZ3033285-07-2011 standartlarına uyğun istehsal olunur. Plastik məhsulların keyfiyyəti İSO 9001- standartlarının tələblərinə uyğun olaraq yoxlanılır. Məhsullar AZS, QOST sertifikatlarına layiq görülmüşdür.

Əsas üstünlükləri

  • Uzun ömürlüdür: istismar şərtlərə riayət etməkdə 50 ilə qədər ömrü var;
  • Ultra bənövşəyi şüaları keçirmədiyinə görə su xarab olmur, müxtəlif yosunlar əmələ gəlmir;
  • Polad borularla müqaisədə montajı 5-7 dəfə daha tez başa gəlir;
  • Qaynaq yerləri yüksək germetikliyə malikdir;
  • Kimyavi sarsılmazlığı yüksəkdir;
  • Polad borularla nisbətdə suyun səsini xaricə az verir;
  • Ekoloji cəhətdən təmizdir;
  • Soyuq su üçün nəzərdə tutulmuşdur;
  • Divar qalınlığı 5.4 mm.

Polipropilen boruların ölçüləri və ümumi göstəriciləri DIN 8077 və 8078 standartlarına uyğundur.

İstehsal prosesi ciddi keyfiyyətə nəzarət altında gedir, hazır məhsullar qısa vaxt intervalıyla 60 ATM təzyiq altında sınaqdan çıxarılır.