banner-ust-111
Əsas Səhifə \ Dirsək 90°, çöl yivli, ölçü 25x3/4" və ya 25x20 (Metak, Azərbaycan)
Kütləvi Onlayn Ödəniş Mərkəzi

Dirsək 90°, çöl yivli, ölçü 25x3/4" və ya 25x20 (Metak, Azərbaycan)

Əlavə olundu
Malın Kodu: metak-dirsek90-colyiv25x25
Qiymət:
2.00 man.
Ədəd:
Zəmanət::
uzun ömürlü
banner-daxili-11

1997-ci ildə təsis olunmuş METAK şirkəti 2005 ildən etibarən plastik borular və fitinqlərin istehsalına başlamışdır və artıq Azərbaycanda plastik boruların aparıcı istehsalçısına çevrilmişdir. Bazarda ilk gündən nüfuz qazanan plastik məhsullar ən müasir standartlara uyğun olaraq istehsal olunur. Ən əsası isə odur ki, METAK xalis Azərbaycan brendi olaraq bir çox MDB ölkələrinin tikinti materialları bazarlarında uğurla iştirak etməkdədir. İçməli su, isitmə və kanalizasiya xəttində istifadə oluna biləcək hər növ boru və fitinqlər istehsal edir. PPRC borular DIN 8077/8078, EN ISO15874, ГОСТ52154 və TŞAZ3033285-07-2011 standartlarına uyğun istehsal olunur. Plastik məhsulların keyfiyyəti İSO 9001- standartlarının tələblərinə uyğun olaraq yoxlanılır. Məhsullar AZS, QOST sertifikatlarına layiq görülmüşdür.

Dirsək 90° çöl yivli- Bu metal və plastik kombinasiyalı dirsək isitmə sistemləri, eləcə də, içməli və ya proses su çatdırılması sistemlərində boru kəmərin istiqaməti dəyişdirmək üçün nəzərdə tutulmuşdur. Bu dirsəyin koməyi ilə polad təcrid klapan və ya polad boru kəməri polipropilen boru ilə asanlıqla qoşula bilər. İç yivli dirsəyin əksidir.