Əsas Səhifə \ ALÇİPAN VƏ PROFİLLƏR \ Alçipan 12,5 mm, Yaşıl rəng, nəmədavamlı (Gilan-Knauf- Azərbaycan)
Kütləvi Onlayn Ödəniş Mərkəzi

Alçipan 12,5 mm, Yaşıl rəng, nəmədavamlı (Gilan-Knauf- Azərbaycan)

Əlavə olundu
Malın Kodu: alçipan-12mm-yaşıl-Gilan
Qiymət:
13.20 AZN
Ədəd:
Zəmanət::
Uzun ömürlü
Mal bu bölümə daxildir: ALÇİPAN VƏ PROFİLLƏR

KNAUF– adi gipskarton lövhə (GKL) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir. KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK). Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm möhkəmləndirici karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün tamamilə uyğun gəlir.

KNAUF-gipskarton lövhələr (GKL) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.

Hər bir KNAUF-gipskarton lövhənin (GKL) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:

  • Lövhənin növünün hərflə işarəsi
  • Lövhənin qrup göstəricisi
  • Lövhənin uzununa kənarının (haşiyə) tipi
  • Lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
  • Standartın işarəsi
  • Ölçülər: 2500x1200x12.5 mm